Another advertisement
Gürcüstan Müsəlmanları İdarəsi 2023-cü ilin avqust-sentyabr aylarında Ümrəyə getmək üçün sənədlərin qəbuluna başlayıb.
QafqazTürk.com xəbər verir ki, bu barədə Gürcüstan Müsəlmanları İdarəsi məlumat yayıb.
Müraciət edənlər aşağıdakıları təqdim etməlidirlər:
- Biometrik pasport (minimum etibarlılıq müddəti 1 il və 2 boş səhifə);
- Xarici vətəndaşlar üçün Gürcüstanda verilmiş vətəndaşın (müvəqqəti yaşama icazəsi) şəxsiyyət vəsiqəsi – şəxsiyyət vəsiqəsi (bu kartın etibarlılıq müddəti 2024-ci ilin fevral ayına qədər olmalıdır);
- 3×4 ölçüdə iki fotoşəkil;
- Maddi təminat haqqı;
- Maddi təminatın mühafizəsi haqqı 1200 $ ABŞ dollar (qarşılığında lari).
Sözügedən məbləğə isə aşağıdakı xidmətlər daxildir:
- Viza rüsumu;
- İkitərəfli uçuş (25 kq-a qədər baqaj);
- Oteldə yerləşmə (dörd nəfərlik otaq);
- Gündə iki dəfə yemək;
- Ölkədaxili gəzinti (həm Məkkə və Mədinəyə, həm də Məkkədən Mədinəyə);
Müraciətlər cari ilin (2023-cü ilin) 15 avqust tarixinə qədər qəbul edilir.
Ümrə ziyarətinin müddəti 10-12 gün olaraq təyin edilmişdir.
Əlaqə telefonu:
+995 577 62 29 09, +995-577 62 30 31
Allah arzusunda olanlara nəsib etsin. Amin!