This is a specific ad

Sarvan dağında“Sarvan El” bayramı keçirildi – ƏTRAFLI

60

Another advertisement

Bu gün, 1 avqust tarixində Marneuli merinin rəhbərliyi ilə “Sarvan El” bayramını qeyd edildi. Bayram adəti üzrə Tsalka bələdiyyəsində, Sarvan dağı ətəyində təşkil olundu. 

“QafqazTürk” Media xəbər verir ki, tədbirdə Gürcüstan parlamenti deputatları Zaur Darğallı və Savalan Mirzəyev, Marneuli bələdiyyəsinin meri Kənan Ömərov,  Marneuli Bələdiyyə Məclisinin sədri Amiran Giorgadze, Marneuli meriyası və bələdiyyə rəsmiləri, Marneuli bələdiyyəsinin meri Kənan Ömərovun xüsusi dəvəti ilə bayramda iştirak edən “QafqazTürk” Media və Gürcüstan Azərbaycanlıları Konqresinin əməkdaşları Aydə Əsgərova, Niyazı Yusubov, Mahir Sədiyev, Zabit Mahmudov, Gülgün Məmmədxanova,  ziyalılar, aşıqlar, Gürcüstanda yaşayan azərbaycanlılar, o cümlədən Marneuli, Bolnisi, Dmanisi, Qardabani və digər bölgələrdə yaşayan Gürcüstan vətəndaşları iştirak etdilər.

“Sarvan El” bayramında Gürcüstan parlamenti deputatları Zaur Darğallı və Savalan Mirzəyev, Marneuli bələdiyyəsinin meri Kənan Ömərov, Marneuli Bələdiyyə Məclisinin sədri Amiran Giorgadze və Marneuli özünüidarəsinin nümayəndə heyəti çıxış edərək, bu bayramın önəmliliyi və tarixi haqqında danışdılar və iştirak edən hər kəsi “Sarvan El” bayramı münasibətilə ürəkdən təbrik etdilər.

Bayram zamanı ləziz təamları ilə zəngin olan böyük süfrə açıldı, aşıqlar saz çaldılar, müğənnilər el mahnıları oxudular. Müsiqi fonunda bayram iştirakçıları rəqs edərək, yüksək əhval ruhiyyədə el şənliyini  təntənəli şəkildə qeyd etdilər. Tədbirdə həmçinin at yarışı keçirildi və qalib gələn  atın sahibinə Gürcüstan parlamenti deputatı Zaur Darğallı mükafat təqdim etdi.

Qeyd edək ki, Sarvan el bayramı ənənəvi olaraq hər il, avqustun 1-i  keçirilir. “Sarvan El” bayramının məqsədi Sarvan camaatının əsrlər ərzində yaşadıqları həyat tərzini bir gün canlandırıb yeni nəsilə ötürməkdir.Bayram gün çadırlar qurulur, erkəklər kəsilir, hamı sevinir, şadlanır və süfrələr Azərbaycan yeməkləri ilə dolur, hamı eli-obanı birliyə, ölkəyə, dövlətimizə sədaqətli olmağa çağırır, vətənpərvərlik şeirləri, mahnılar səsləndirilir.

Sarvan camaatı adından Gürcüstan parlamenti deputatları Zaur Darğallı və Savalan Mirzəyev, Marneuli bələdiyyəsinin meri Kənan Ömərov,  Marneuli Bələdiyyə Məclisinin sədri Amiran Giorgadze, Marneuli meriyası və bələdiyyə rəsmilərinə “Sarvan El” bayramının hər il yüksək şəkildə qeyd edilməsində və Sarvan camaatının adət-ənənələrinin unudulmamasında əvəzsiz rolu üçün öz dərin təşəkkürümüzü bildiririk!

Sonrakı yazı
სარვანის მთაზე “სახალხო დღესასწაული-სარვანი ” გაიმართა
Öncəki yazı
Antarktidada Argentina boyda buzlaq əridi