Another advertisement
Antarktidada buzlaqlar bu il qlobal istiləşmə səbəbindən “rekord səviyyədə” əriyib.
QafqazTürk.com xarici KİV-ə istinadən xəbər verir ki, əriyən aysberq təxminən Argentina ilə eyni ölçüdədir.
ABŞ Milli Qar və Buz Məlumat Mərkəzi (NSIDC) Antarktidada bu il dəniz buzlarının əriməsinin son 45 ilin “ən yüksək səviyyəsinə” çatdığını bildirib.
NSIDC-nin məlumatına görə, buzun keçən il ilə müqayisədə təxminən 1,6 milyon kvadrat kilometr azalaraq 2022-ci ildə ərimə rekordunu qırdığı vurğulanıb.
Elm adamları buzlaqlardakı ərimənin daimi olacağından narahatdırlar.