This is a specific ad

Stokholmda parlamentin yaxınlığında “Quran” yandırılıb

51

Another advertisement

İsveçin paytaxtı Stokholmda Polisin icazə ilə parlament binası yaxınlığında aksiya keçirilib.

Məlumata görə, aksiyanın təşkilatçıları, İraqdan olan miqrantlar Salvan Momika və Salvan Naсem “Quran”ın bir neçə səhifəsini yandırıblar.

Əksəriyyəti jurnalistlər olan 50-yə yaxın insanın toplaşdığı aksiyada Momika və Nacem müqəddəs kitabı əvvəlcə təpikləyib, sonra ortasından bir neçə vərəqi qoparıb yandırıblar. Yanmış kitabı zibil qutusuna atıblar. Daha sonra bir başqa “Quran”ı da cırıb zibil qabına atıblar.

Çəkilmiş səddin o yanında dayanan müsəlmanlar bu cür hərəkətə ucadan etiraz ediblər.

Kateqoriya: Dünya
Sonrakı yazı
Gürcüstan vətəndaşı Almaniyada həbs edilib
Öncəki yazı
“Macarıstan parlamenti İsveçin NATO-ya üzvlüyünü…” – ƏTRAFLI