Another advertisement
Çin və Gürcüstan strateji tərəfdaşlıq qurur.
QafqazTürk.com xəbər verir ki, bu barədə Çinin Sinxua agentliyi məlumat yayıb.
Məlumata görə, Gürcüstanın baş naziri İrakli Ğaribaşvilinin Çinə səfərinin beşinci günündə bununla əlaqədar bəyanat imzalanıb.
Səfər çərçivəsində Ğaribaşvili Çin lideri Si Cinpin, eləcə də Çinin baş naziri Li Qianqla görüşüb.
“Tərəflər ikitərəfli münasibətlər, qarşılıqlı maraq doğuran beynəlxalq və regional məsələlər ətrafında geniş fikir mübadiləsi aparıb və geniş konsensus əldə ediblər. Tərəflər ikitərəfli münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə qaldırmaq qərarına gəliblər”, – deyə məlumatda bildirilib.