Another advertisement
İyulun 31-də Ankarada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Türkiyənin xarici işlər naziri Hakan Fidan arasında görüş başlayıb.
QafqazTürk.com xəbər verir ki, bu barədə Azərbaycan XİN sosial media hesabında paylaşım edib.
Nazirlər ikitərəfli əlaqələrin hazırkı vəziyyətini, gələcək inkişaf perspektivlərini və regiondakı vəziyyəti müzakirə edirlər.
XİN başçıları görüşün yekunları ilə əlaqədar mətbuat konfransı keçirəcəklər.
Qeyd edək ki, C.Bayramov Türkiyədə rəsmi səfərdədir. O, iyulun 31-də Türkiyə Cümhuriyyətinin qurucusu, Qazi Mustafa Kamal Atatürkün Anıtqəbir məqbərəsini ziyarət edib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Azərbaycanın XİN başçısını qəbul edəcək.