This is a specific ad

“Doksuri” tayfunu Filippində və Tayvanda ciddi fəsadlar yaradıb

54

Another advertisement

Filippin və Tayvandda dağıntılara səbəb olan “Doksuri tayfunu” Çinin paytaxtına çatıb.

Qafqaztürk.com xəbər verir ki, CCTV dövlət televiziyasının məlumatına görə, Pekində yüksək riskli ərazilərdə yaşayan 31 mindən çox insan evlərini tərk edib. Daha 20 min vətəndaş qonşu Hebey əyalətinin paytaxtından təxliyə edilib.

Səlahiyyətlilər gözlənilən daşqın, sürüşmə və sel təhlükələri ilə bağlı paytaxt və ətraf rayonların əhalisinə xəbərdarlıq edib.

Hazırda Çində tələfat və dağıntılar barədə məlumat yoxdur.

Meteorologiya Xidməti bildirir ki, intensivliyin azalmasına baxmayaraq, “Doksuri” tayfundan gözlənilən təhlükə hələ də mövcuddur.

Bir neçə gün əvvəl Cənub-Şərqi Asiya ölkələrini güclü “Doksuri” qasırğası vurmuşdu. Təbii fəlakətlə əlaqədar Tayvanda məktəblər müvəqqəti bağlanıb, uçuşlar ləğv edilib. Doxur da Filippinin şimal sahillərini keçərək 5 nəfəri öldürüb.

Kateqoriya: Maraqlı
Sonrakı yazı
Azərbaycan və Türkiyə XİN rəhbərlərinin görüşü başlayıb
Öncəki yazı
DİQQƏT! 2023-cü il imtahanlarının nəticələri bu tarixdən elan ediləcək