Another advertisement
İlkin hesablamalara görə, 2023-cü ilin iyun ayında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə real ümumi daxili məhsulun (ÜDM) artımı 7,7% təşkil etmiş, 2023-cü ilin 6 ayı üzrə orta göstərici isə 7,6% səviyyəsində müəyyən edilmişdir.
QafqazTürk.com xəbər verir ki, bu barədə Milli Statistika Xidməti məlumat yayıb.
Məlumata görə, 2023-cü ilin iyun ayında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə artıma aşağıdakı sektorlar əhəmiyyətli töhfə verib:
- Tikinti
- Ticarət
- Maliyyə və sığorta fəaliyyəti
- Nəqliyyat və anbar təsərrüfatı
- Elektrik enerjisi
- Qaz, buxar və kondisioner təchizatı sektorlar.