Another advertisement
Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu qəbul edəcək.
QafqazTürk.com xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat verib.
Məlumata görə, görüş günorta saatlarında dövlət başçısının iqamətgahında baş tutacaq.
Qeyd edək ki, Ceyhun Bayramov iyulun 31-də Türkiyəyə rəsmi səfərə yola düşüb.
Səfər çərçivəsində onun Türkiyənin xarici işlər naziri Hakan Fidan və digər yüksəkvəzifəli rəsmi şəxslərlə də görüşlərinin keçirilməsi planlaşdırılır.