Another advertisement
Avqustun 1-dək Qərbi Gürcüstanda yağışsız hava şəraiti olacaq və hava temperaturu +26, +31 dərəcə təşkil edəcək.
QafqazTürk.com xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə bu gün, 31 iyul Şərqi Gürcüstanın bəzi rayonlarında yağış yağacağı və hava temperaturunun 32-37 dərəcə təşkil edəcəyi gözlənilir.
Paytaxt Tbilisidə isə avqustun 1-dək şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, hava temperaturunun gündüz +32, +34 dərəcə olacağı ehtimalı var.