This is a specific ad

Sosial yardım necə almalı və hara müraciət etməlisiniz?

92

სოციალური დახმარება
Another advertisement

Sosial yardım almaq üçün ilk növbədə yaşayış yeriniz üzrə Sosial Xidmət  Agentliyinin ərazi filialına müraciət etməli və  müəyyən edilmiş ərizə formasını doldurmalısınız. Həmçinin sosial cəhətdən həssas ailələrin vahid məlumat bazasında qeydiyyatdan keçməlisiniz.

Ərizəni doldurmaq üçün sizə lazım olacaq:

  • Yetkinlik yaşına çatmış ailə üzvlərini şəxsiyyətini/yaşayış yerini təsdiq edən sənəd, ailədə yetkinlik yaşına çatmayan üzv(lər) olduqda isə doğum haqqında şəhadətnamə təqdim edilməlidir.
  • Əgər ərizə ailə üzvü olmayan şəxs tərəfindən doldurulursa, həmin şəxs Sosyal Xidmətlər Agentliyinə qəyyumluq və ya himayəçiliyi təsdiq edən sənəd və ya notarial qaydada təsdiq edilmiş etibarnaməni təqdim etməlidir.

Ərizənin yazılması nəticəsində nələr baş verəcəkdir?

Ərizə yazıldıqdan sonra 1 ay ərzində ərizəçinin ailəsinin yaşadığı ünvana Sosyal Xidmətlər Agentliyindən  səlahiyyətli şəxs gələrək ailənin əmlakını, gəlir və xərclərini yoxlayır və ailənin sosial-iqtisadi vəziyyətinin təsvir olunduğu “Ailə bəyannaməsi” doldurur.

Bəyannamədəki məlumatlar vahid məlumat bazasında yerləşdirildikdən və müəyyən edilmiş metodologiyaya uyğun işləndikdən sonra ailəyə reytinq xalı veriləcək ki, bu xalın miqdarı ilə ailəyə hansı növ maddi yardımın təyin edilib-edilməyəcəyini müəyyən edilir. Ailə yoxlanıldıqdan 1 aydan gec olmayaraq, ailəyə onun əmlak vəziyyətini nəzərə alaraq reytinq xalı verilir. Yoxsul ailəyə sosyal yardım almaq hüququ isə reytinq xalının verildiyi vaxtdan ikinci ayda verilir.

Ailəyə sosial yardım hansı hallarda təyin edilir?

Mövcud metodologiya ilə qiymətləndirilən (öyrənilən) ailələrə sosial yardım aşağıdakı məbləğlər üzrə verilir:

  • Reytinq xalı 30 001-dən az olan ailə – bütün ailə üzvləri üçün sosyal yardım 60 lari müəyyən edilir;
  • Reytinq xalı 30 001 baldan  çox, lakin 57 001 baldan az olan ailə – ailənin bütün üzvləri üçün sosyal yardım 50 lari müəyyən edilir;
  • Reytinq xalı 57 001 baldan çox, lakin 60 001 baldan az olan ailə –  sosyal yardım  bütün ailə üzvləri üçün 40 lari müəyyən edilir;
  • Reytinq xalı 60 001  baldan çox, lakin 65 001 baldan az olan ailə –  sosyal yardım bütün ailə üzvləri üçün 30 lari müəyyən edilir;
  • Reytinq xalı 120.001-dən az bal olan ailənin 16 yaşa qədər hər bir üzvü üçün 150 lari sosyal yardım müəyyən edilir.

Ailənin bəyannaməsi doldurulduğu zaman ailənin tərkibində hansı şəxslər nəzərə alınmayacaqlar?

  • Cəzaçəkmə müəssisəsində olan məhkum, hansına qanuni qüvvəyə minmiş hökm ilə azadlıqdan məhrum edilmə təyin edilmişdir;
  • Məcburi olaraq müalicəyə göndərilmiş şəxs;
  • Müddətli hərbi xidmətdə olan şəxs (hərbi xidməti yerinə yetirdiyi zaman heç olmazsa üç gündə bir dəfə ailəyə qayıdan şəxs istisna olmaqla);
  • Ardıcıl olaraq üç aydan artıq müddətlə ölkənin hüdudlarından kənara çıxmış şəxs;
  • Məhkəmə tərəfindən itkin düşmüş və ya vəfat etmiş olaraq elan edilmiş şəxs;
  • İxtisaslaşdırılmış müəssisədə tam himayədə olan şəxs.

Sosial yardımın verilməsi hansı hallarda dayandırıla bilər?

  • Əgər ailə daimi olaraq məlumat bazasında göstərilmiş ünvanda yaşamır;
  • Ailə süni şəkildə bölünmüşdür;
  • Ailə süni şəkildə birləşdirilmişdir;
  • Ailənin tərkibi dəyişdirilmişdir;
  • 65.001-dən yuxarı və 120.001-dən aşağı reytinq xalı olan ailədə aliə üzvünün16 yaşını tamamlaması;
  • Ailədə uşaq doğulduqdan (övladlığa götürüldükdən) və son qiymətləndirmədən sonra 2 ildən artıq müddət keçmişdir;
  • Ailə sosyal yardımın təyin edilməsindən imtina edir;
  • Ailə üçün yeni aşkar edilmiş hallar səbəbindən əlavə araşdırma-yoxlama lazımdır;

Sosyal yardım alan ailə hansı hüquqlara malikdir?

  • Əgər bütün ailə üzvlərinin hərəkət etmək qabiliyyəti məhduddursa, sosial yardımın yaşayış yerinə gətirilməsini tələb edə bilər;
  • Əgər qanunvericiliklə başqa qayda nəzərdə tutulmamışdırsa, sosial yardım ilə birlikdə sosial paketi, dövlət təqaüdünü/təzminatını, digər fərdi sosial yardımı və ya digər dövlət ödənişini ala bilər;
  • Məlumat bazasında onun haqqında olan məlumat ilə tanış ola bilər;
  • Onun haqqında olan məlumatlara dəyişikliklərin daxil edilməsini tələb edə bilər;
  • Sosial müdafiəsiz ailələrin vahid məlumat bazasından çıxarışı tələb edə bilər;
  • Qanunvericiliklə nəzərdə tutulan digər hüquqlardan istifadə edə bilər.

Sosyal yardım alan ailəyə hansı öhdəliklər qoyulur?

  • Xidmət agentliyinə ailə üzvlərinin tərkibində baş vermiş dəyişikliklər (üzvün vəfat etməsi, doğulması, nikaha daxil olması, üç aydan artıq müddətlə xaricə getməsi və s.) və ya ailənin sosial vəziyyətinin yaxşılaşdırılması haqqında məlumat verməlidir;
  • Qeyd edilənlər barədə agentliyin müvafiq ərazi orqanına bir aydan gec olmayaraq məlumat verməlidir.

Sosial Xidmət Agentliyi tərəfindən verilmiş reytinq xalına necə şikayət verilir?

Alınan xal ilə razı olmayan ailə təkrar olaraq yaşayış yeri üzrə Sosial Xidmət Agentliyinin ərazi xidmətinə müraciət edərək ailənin yenidən yoxlanılmasını tələb edə bilər. Ailə sosial yardım almaq üçün təkrar yoxlanılmanı son yoxlanılmadan bir ay keçdikdən sonra tələb edə bilər. Təkrar yoxlanılma zamanı ilkin yoxlanılma qaydaları, prosedur və müddətlərindən istifadə edilir.

Ailənin təkrar yoxlanılmasına rədd cavabı verildiyi və ya təkrar yoxlanılma zamanı verilmiş xal ilə yenə də razılıq olmadığı təqdirdə, ailə həmin qərara Sosial Xidmətlər Agentliyinə (mərkəzi ofisdə) şikayət edə bilər.

Sonrakı yazı
Dünyada şəkərin qiyməti son 12 ilin ən yüksək həddinə çatıb
Öncəki yazı
Kvemo Kartlidə qanunsuz odlu silah-sursat müsadirə edilib