This is a specific ad

Rusiyanın nə qədər vətəndaşı Gürcüstan vətəndaşlığını alıb – son məlumatlar

53

Another advertisement

Gürcüstan vətəndaşlığını almaq üçün gürcü dili, tarixi və hüququn əsasları üzrə testlərdən keçmək lazımdır.

QafqazTürk.com xəbər verir ki,Gürcüstan prezidenti Salome Zurabişvilinin parlamentin sorğusuna cavab olaraq verdiyi məlumata görə, 2022-ci il fevralın 22-dən 2023-cü il iyulun 17-dək olan müddətdə 2952 Rusiya vətəndaşı Gürcüstan vətəndaşlığını qəbul edib, 3071 nəfər isə Gürcüstan vətəndaşlığını bərpa edib.

Administrasiyanın məlumatına görə, istisna olaraq 2564 Rusiya vətəndaşı Gürcüstan vətəndaşlığı alıb, onlardan 2530-u əslən Gürcüstandan, 11-i isə idman, elm və incəsənət sahəsində xidmətləri var.
Həmin dövrdə daha beş Rusiya vətəndaşı normal rejimlə, 15-i sadələşdirilmiş rejimlə, 8-i isə xüsusi rejimlə Gürcüstan vətəndaşlığı alıb.

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
მარნეულში ტასუას მსვლელობა გაიმართა
Öncəki yazı
Qaribaşvilinin Çinə səfəri başlayıb