This is a specific ad

Azərbaycan Türkiyə istehsalı “Kaan” üçün Ankarayla əməkdaşlıq edəcək

43

Another advertisement

Ankara və Bakı Türkiyənin beşinci nəsil qırıcısı olan “Kaan”ın yaradılması layihəsi çərçivəsində əməkdaşlıq haqqında razılığa gəliblər.

QafqazTürk.com xəbər verir ki, bu razılaşma İstanbulda beynəlxalq müdafiə sənayesi sərgisi (IDEF-2023) çərçivəsində imzalanması planlaşdırılan ikitərəfli sazişlə rəsmiləşdiriləcək.

Bildirilir ki, Bakının layihədə iştirakı Rusiyanın “MiQ-29” təyyarələri ilə təchiz edilmiş Azərbaycan Hərbi Hava Qüvvələrinin modernləşdirilməsində mühüm addım kimi qiymətləndiriliir.

O da vurğulanır ki, Türkiyənin milli qırıcısının yaradılması layihəsində Ukrayna da iştirak edə bilər.

Qeyd edək ki, “Kaan” beşinci nəsil qırıcısı Türkiyədə milli döyüş təyyarələri proqramı çərçivəsində yaradılıb. Onun ilk uçuşunu bu il həyata keçirəcəyi qeyd edilib.

Qırıcının kütləvi istehsalına 2028-ci ildə başlanması planlaşdırılır.

Kateqoriya: Dünya
Sonrakı yazı
Azərbaycan və Türkiyə döyüş təyyarələri ilə əlaqədar saziş imzalayır
Öncəki yazı
28-29 iyul tarixlərində gözlənilən hava şəraiti – PROQNOZ