This is a specific ad

Polşada iki nəfər Gürcüstan vətəndaşı saxlanılıb

36

Another advertisement

Polşanın Yavojno şəhərində polis ölkənin hər yerində mənzilləri qarət edən iki gürcünü həbs edib.

QafqazTürk.com xəbər verir ki, bu barədə Polşa mətbuatı məlumat yayıb .

Saxlanılan şəxslərin axtarışı zamanı polis qarət edilmiş əşyalar – pul, qızıl-zinət əşyaları, mobil telefonlar və kompüter avadanlığı aşkar edib.

Həmçinin, polis cinayətkarların mənzillərə soxulmaq üçün istifadə etdikləri alətləri müsadirə edib.

32 və 44 yaşlı cinayətkarlar avtomobillə şəhərə daxil olmaq istəyən vaxt tutulublar. Onlardan birində Slovakiya vətəndaşının saxta şəxsiyyət vəsiqəsi olub.

Polis bu qrupun Polşanın bir sıra şəhərlərində mənzillərdə oğurluq etmələri ilə əlaqəli olduğundan şübhələnir. Həbs olunanları 10 ilə qədər həbs cəzası gözləyir.

Kateqoriya: Cinayət
Sonrakı yazı
İstanbulda terror aktının qarşısı alındı
Öncəki yazı
Müqəddəs kitablara qarşı zorakılıq beynəlxalq hüququn pozulması kimi qiymətləndiriləcək