Another advertisement
Marneulinin Ağmaşenebeli küçəsində su təchizatı kanalizasiya sisteminin bərpası işləri yekunlaşmaq üzrədir, bundan sonra 3 kilometrlik küçəyə asfalt-beton döşənəcək.
Bu barədə meriyanın işgüzar iclasında məlum olub.
“China-Geo” şirkətindən verilən məlumata görə, işi başa çatdırmaq üçün orta hesabla 10 gün lazımdır.
Xatırladaq ki, Marneulidə su təchizatı kanalizasiya sisteminin bərpası işləri davam etdirilir, buna görə də yol infrastrukturu zədələnib.
Sözügedən işlər yekunlaşdıqdan sonra Marneuli əhalisi 24 saat su təchizatından yararlanacaq.