Another advertisement
Türkiyə Xarici İşlər Nazirliyi İraqın Danimarkadakı səfirliyinin binası qarşısında Quranın yandırılmasına etiraz bəyanatı yayıb.
QafqazTürk.com xəbər verir ki, Türkiyə XİN Danimarkanın bu əməlini pisləyib.
“24 iyulda Kopenhagendə müqəddəs kitabımız Qurani-Kərimə qarşı təkrarlanan alçaq hücumları ən sərt şəkildə pisləyirik. Danimarka hakimiyyəti beynəlxalq öhdəlikləri çərçivəsində hərəkət etməli və İslam dininə və onun milyardlarla ardıcıllarına qarşı nifrət alovlandıran bu çirkin əməllərin qarşısını almaq üçün lazımi tədbirlər görməlidir”, – Türkiyə XİN vurğulayıb.
Qeyd edək ki, İraqın Danimarkadakı səfirliyi qarşısında Quran yandırılıb.