This is a specific ad

Batumidə Türkiyə tərəfindən axtarışda olan şəxs tutulub

16

Another advertisement

Prokurorluğun məlumatına görə, axtarışda olan şəxsin Gürcüstandan Türkiyəyə ekstradisiyası həyata keçirilib.

QafqazTürk.com xəbər verir ki,agentliyin məlumatına görə, həmin şəxs işgəncə, hədə-qorxu, qrup şəklində zorlama və zorlamaya köməklik etdiyi üçün Türkiyə Respublikasının hüquq-mühafizə orqanları tərəfindən axtarışda olub.

Polis axtarışda olan şəxsi Batumidə tutub.

“Türkiyə Respublikasının səlahiyyətli orqanlarının təqdim etdiyi ekstradisiya ərizəsi əsasında Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşları axtarışda olan şəxsi Batumidə həbs ediblər.

Gürcüstan Baş Prokurorluğunun vəsatəti əsasında şəhər məhkəməsinin qərarı ilə onun Türkiyə Respublikasına ekstradisiyası məqbul elan edilib və Gürcüstan Ali Məhkəməsi onu qüvvədə saxlayıb. 2023-cü il iyulun 7-də Gürcüstanın ədliyyə naziri yuxarıda adı çəkilən şəxsin Türkiyə Respublikasına ekstradisiyası ilə bağlı yekun qərar qəbul edib, bundan sonra axtarışda olan şəxs Türkiyə Respublikasının səlahiyyətli orqanlarının nümayəndələrinə təhvil verilib”, – Prokurorluğun məlumatında deyilir.

Kateqoriya: Cinayət
Sonrakı yazı
Rus-gürcü məktəbinin açılması üçün heç bir prosedur yoxdur-Təhsil Nazirliyi
Öncəki yazı
TOGG-un sedan modeli təqdim ediləcək