This is a specific ad

Gürcüstan vətəndaşı İtaliyada mağazadan spirtli içki oğurlamaq istəyərkən tutulub

22

Another advertisement

Gürcüstan vətəndaşı İtaliyada supermarketdən spirtli içki oğurlamaq istəyərkən tutulub.

QafqazTürk.com xəbər verir ki,İtaliya mətbuatının yazdığına görə, Latsio bölgəsi yaxınlığındakı qəsəbələrdən birində 31 yaşlı kişi bir neçə şüşə spirtli içkinin etiketlərini çıxarıb çantada gizlətmək istəyərkən mağaza əməkdaşlarının diqqətinə düşüb.

Onlar ümumi dəyəri 150 avro olan 6 şüşə aşkar ediblər.

Həmin şəxs mağazadan qaçmağa çalışaraq işçiləri hədələyib, lakin polisin vaxtında reaksiyası nəticəsində o, həbs edilib. Axtarış zamanı həmin şəxsin üzərindən cinayət zamanı istifadə etdiyi iddia edilən xüsusi alətlər aşkar edilib.

Mətbuatda yayılan məlumatlara görə, Gürcüstan vətəndaşı ölkədən çıxarılacaq.

Kateqoriya: Cinayət
Sonrakı yazı
“Brent” neftin qiyməti
Öncəki yazı
დიდი მეცნიერის ხსოვნას თავის სამშობლოში პატივი მიაგეს