Another advertisement
Marneuli Meriyası Avropa Şurasının qrantını qazanıb.
Marneuli Munisipaliteti Meriyası “Gürcüstanda İştirakçı Demokratiyanın və İnsan Hüquqlarının Yerli Səviyyədə Gücləndirilməsi” layihəsi çərçivəsində Avropa Şurasının qrantını qazanıb.
“Marneuli Munisipalitetində sosial xidmətlər haqqında xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün maarifləndirici kampaniya” layihəsi Munisipalitetdə yaşayan, sağlamlıq imkanları məhdud olan şəxslərin inteqrasiyasına, müxtəlif munisipal xidmətlər haqqında daha çox məlumatlı olmasına və SİM olan şəxslərin özünüidarəetmənin həyata keçirilməsi prosesinə cəlb olunmasına töhfə verəcək.
Qeyd edək ki, kampaniya innovativ xarakter daşıyır və onun çərçivəsində SİM olan şəxslərin sosial xidmətlər ilə bağlı maarifləndirilməsi onlara uyğun olan şəkildə ediləcək: flayerlər Brayl əlifbası ilə çap olunacaq, məlumat video-çarxlarında jest dili tərcüməsi olacaq. Kampaniya çərçivəsində hər bir inzibati vahiddə hədəf qrupları ilə görüşlər keçiriləcək, burada layihənin təqdimatı təşkil olunacaq və yerində məlumat flayerləri paylanacaq.
Layihə, Marneuli Munisipalitetinin layihə işgüzar qrupu tərəfindən yazılıb, bura Mamuka Şubitidze, Nino Dekanoidze, İrine Maçaraşvili, Tamar Kiparoidze və Davit Çikadze daxildir.