Taxıl sazişi ilə əlaqədar razılaşmalar dayandırıldı

117

Taxıl sazişi ilə əlaqədar razılaşmalar faktiki olaraq dayandırılıb.

QafqazTürk.com xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

O deyib ki, sazişin Rusiya ilə bağlı hissəsi həyata keçirilən zaman Moskva dərhal taxıl sazişinə qayıdacaq.

Qeyd edək ki, sonuncu dəfə mayın 17-də İstanbulda Türkiyə hakimiyyətinin vasitəçiliyi ilə 60 gün müddətinə uzadılan taxıl sazişinin müddəti bu gün bitib.

Xatırladaq ki, taxıl sazişi Rusiya, Ukrayna, Türkiyə və BMT tərəfindən 2022-ci il iyulun 22-də bağlanıb. Müqavilənin müddəti iki dəfə uzadılıb. Saziş humanitar dəhlizlər çərçivəsində Qara dəniz vasitəsilə taxıl, ərzaq və gübrə ixracını nəzərdə tutur.

Kateqoriya: Dünya
Sonrakı yazı
Marneuli Meriyası Avropa Şurasının qrantını qazanıb
Öncəki yazı
Özbəkistanın baş naziri Gürcüstana səfər edir