Another advertisement
Polşanın Tiflisdəki səfiri Gürcüstan Xarici İşlər Nazirliyinə çağırılıb.
QafqazTürk.com xəbər verir ki, diplomatın çağırılmasının səbəbi sabiq prezident Mixail Saakaşvilinin müalicə aldığı “VivaMed” klinikasında baş vermiş insidentlə əlaqədardır.
Məlumata əsasən polşalı həkim gizli şəkildə ayaqqabısının içərisində Saakaşvilidən götürülmüş nümunəni xəstəxanadan çıxarmaq istəyib. Gürcüstanın Xüsusi Penitensiar Xidməti hadisənin videosunu yayıb.