Another advertisement
Dubay (Birləşmiş Ərəb Əmirlikləri) 2023-cü ilin birinci yarısında turizm istiqamətləri arasında dünyada birinci yerdədir.
QafqazTürk.com xəbər verir ki, bu barədə bazar günü Vəliəhd, Əmirliyin İcraiyyə Şurasının sədri Həmdan bin Məhəmməd bin Rəşid Əl Məktum bildirib.
“Mən 2023-cü ilin birinci yarısı üçün Dubay iqtisadiyyatının ən mühüm aspektləri haqqında hesabatı oxudum. Dubay 2023-cü ildə ən yaxşı turizm məkanı kimi tanınıb. Biz 8,5 milyondan çox turist qəbul etmişik”, – deyə o məlumat verib.
Qeyd edək ki, əmirliyə səfərlər sentyabrdan dekabr ayına və martdan may ayına qədər tövsiyə olunur. Bu aylarda gündüz havanın orta temperaturu 38 dərəcə selsidən çox olmur.