This is a specific ad

Türkiyə voleybol millisi tarixində ilk dəfə Millətlər Liqasının qalibi oldu

47

Another advertisement

Türkiyə voleybol millisi Millətlər Liqasının qalibi olub.

QafqazTürk.com xəbər verir ki, “ay-ulduzlu” yığma ABŞ-nin Arlinqton şəhərində keçirilən final matçında Çinlə üz-üzə gəlib.

Rəqibini 3:1 (25:22, 22:25, 25:19, 25:16) hesabı ilə məğlub edən Türkiyə yığması tarixində ilk dəfə Millətlər Liqasının qalibi adını qazanıb.

Üçüncü yer uğrunda görüşdə Polşa yığması ABŞ-yə 3:2 (25:15, 16:25, 25:19, 18:25, 17:15) hesabı ilə qalib gəlib.

Qadın voleybolçuların Millətlər Liqası 2018-ci ildən keçirilir. Daha əvvəl üç dəfə ABŞ, bir dəfə İtaliya turnirin qalibi olub.

P.S. QafqazTürk Media Türkiyə voleybol milli komandasını çempiyonluq münasibətilə təbrik edir.

Kateqoriya: İdman
Sonrakı yazı
2023-cü ilin ən yaxşı turizm məkanı bəlli oldu
Öncəki yazı
İtaliyada Gürcüstan vətəndaşı saxlanılıb