This is a specific ad

Nazir Fidan: “Biz dünyanı FETÖ-yə daraltmağa davam edəcəyik”

47

Another advertisement

Biz koordinasiyalı şəkildə FETÖ-yə qarşı dünyanı daraltmağa davam edəcəyik“.

QafqazTürk.com xəbər verir ki, bunu Türkiyənin Xarici işlər naziri Hakan Fidan İndoneziyanın xarici işlər naziri Retno Marsudi ilə birgə mətbuat konfransındakı çıxışında deyib.

“FETÖ ilə mübarizəni milli təhlükəsizliyimizin ən mühüm məsələlərindən biri kimi görürdük. Onlar Türkiyə düşmənlərinə xidmət edən çirkin siyasi məqsədləri üçün xalqımızın tarixindən doğan bütün müqəddəs dəyərlərdən amansızcasına sui-istifadə etdilər. Onların əsl üzünü görənlərə qarşı hər cür sui-qəsdlər qururlar. 7 Fevral MİT yük maşınları və 17-25 dekabr əməliyyatları ilə prezidentimizi və dövlətimizi ram etməyə çalışdılar. Və nəhayət, iyulun 15-də onlar son addımlarını atdılar”, – deyə Türkiyə XİN rəhbəri əlavə edib.

Kateqoriya: Dünya
Sonrakı yazı
Gürcüstanda müəllimlərin sayı – STATİSTİKA
Öncəki yazı
Taxıl sazişi çərçivəsində sonuncu gəmi İstanbula yola düşdü