Türkiyənin “Samsun” gəmisi Qara Dəniz Taxıl Təşəbbüsü çərçivəsində iyulun 16-da Odessa limanını tərk edərək İstanbula doğru yola düşüb.
QafqazTürk.com xarici mediaya istinadən xəbər verir ki, bu barədə Dəniz Hərəkəti monitorinqi xidmətinin məlumatlarına istinadən xəbər yayılıb.
Bir gün əvvəl İstanbuldakı Birgə Koordinasiya Mərkəzi Odessa limanında taxılla yüklənmiş yalnız bir gəmi barədə açıqlama verib. Bildirilib ki, bu, iyulun 17-də başa çatan taxıl müqaviləsi üzrə hərəkət edən sonuncu gəmidir.
Xatırladaq ki, taxıl sazişi Rusiya, Ukrayna, Türkiyə və BMT tərəfindən 2022-ci il iyulun 22-də bağlanıb. Müqavilənin müddəti iki dəfə uzadılıb. Saziş humanitar dəhlizlər çərçivəsində Qara dəniz vasitəsilə taxıl, ərzaq və gübrə ixracını nəzərdə tutur.