This is a specific ad

Brüsseldə Azərbaycan, Aİ Şurası və Ermənistan liderləri arasında görüş baş tutub – ƏTRAFLI

54

Another advertisement

İyulun 15-də Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə üçtərəfli görüşü olub.

QafqazTürk “Report”-a istinadən xəbər verir ki, söhbət zamanı Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması, sülh prosesi üzrə danışıqların davam etdirilməsi, sərhədlərin delimitasiyası, nəqliyyat kommunikasiyalarının açılması, Ermənistanın hərbi birləşmələrinin Azərbaycan ərazilərindən çıxarılması və qanunsuz hərbi birləşmələrin tərksilah edilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Brüsseldə keçirilən bu danışıqlar Vaşinqton görüşünün davamı kimi qiymətləndirilib.

Sonrakı yazı
Gürcüstanın Baş naziri NATO-nun Ukrayna ilə bağlı siyasətini tənqid edib – DETALLAR
Öncəki yazı
Putin: “Rusiyanın kifayət qədər kaset bombaları ehtiyatı var və lazım gələrsə…”