This is a specific ad

Rusiya-Gürcüstan danışıqlarının növbəti raundu da uğursuz başa çatıb

48

Another advertisement

Rusiya və Gürcüstan arasındakı Cenevrə beynəlxalq müzakirələrinin 58-ci raundu uğursuz başa çatıb.

QafqazTürk.com xəbər verir ki, bu barədə Gürcüstan xarici işlər nazirinin müavini Laşa Darsalia məlumat verib.

O, bildirib ki, danışıqların bu raundunda da destruktiv mövqe nümayiş etdirmiş Rusiya nümayəndə heyəti müzakirə masasını vaxtından əvvəl tərk edib.

Qaçqınların qayıtması Cenevrə müzakirələrinin əsas məsələlərindən biridir. Təəssüf ki, Rusiya nümayəndə heyəti bu məsələ gündəliyə gələn kimi müzakirə masasını tərk etmək praktikasına davam edir. Baxmayaraq ki, bu diqqət mərkəzində olan bir mövzudur, Rusiya Federasiyası bu məsələnin müzakirələrinə başlamağa dair heç bir işarə vermir. Təəssüf ki, Rusiya Federasiyası bu raundda da destruktiv idi”, – deyə Darsalia qeyd edib.

Kateqoriya: Siyasət
Sonrakı yazı
Poniçalada azyaşlı qızı evlənmək məqsədilə qaçıran şəxslər tutulub – ƏTRAFLI
Öncəki yazı
ქართული ოცნების“ პარტიული კონფერენციები ქვემო ქართლის რეგიონში დასრულდა. ვინ აირჩიეს მარნეულში?