This is a specific ad

“Gürcüstan” qəzetinin 100 illik yubiley tədbiri keçirilib

60

Another advertisement

Dünən, 14 iyul 2023-cü il tarixində “Gürcüstan” qəzetinin 100 illik yubiley tədbiri keçirilib.

QafqazTürk.com xəbər verir ki, yubiley tədbirində redaksiya heyətinin bütün üzvləri, gürcü və azərbaycanlı ziyalılar, jurnalistlər, siyasi xadimlər, bələdiyyə rəhbərliyində fəaliyyət göstərən azərbaycanlılar, müəllimlər və məktəb direktorları da daxil olmaqla 300-dən çox qonaq iştirak edib.

Tədbirdə redaksiya adına qəzetin redaktoru Xaləddin Yolçuyev, Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusubov, dövlət naziri Tea Axvlediani, İnsan Hüquqları Komitəsinin sədri Mixeil Sargveladze, “Vrastan” qəzetinin redaktoru Van Bayburt çıxış etdilər.

Çıxışlardan sonra “Gürcüstan” qəzetinin əməkdaşlarına nazirliyin fəxri fərmanları təqdim edildi, açılmış furşet masası ətrafında xoş söhbətlər baş tutdu.

Sonda isə tədbir iştirakçılarına yubiley ilə əlaqədar hazırlanmış kitablar hədiyyə edildi, milli rəqslər nümayiş etdirildi.
Aşıq Nargilə Mehdiyeva saz ifası ilə qonaqları feyziyab etdi.

Sonrakı yazı
Rusiya XİN: Qərbin Kiyevə hərbi yardımı münaqişənin siyasi həllini yaxınlaşdırmır
Öncəki yazı
Türkiyəli ekspert: “15 iyulda dövlət çevrilişinə cəhd zamanı Azərbaycandan verilən dəstək minnətdarlıqla xatırlanır” – ƏTRAFLI