This is a specific ad

Gürcüstanda yaşayış minimumu – STATİSTİKA

44

Another advertisement

2023-cü ilin iyun ayında əvvəlki ayla müqayisədə yaşayış minimumu 80 tetri artıb.

QafqazTürk.com xəbər verir ki, bu barədə Milli Statistika Xidməti məlumat yayıb.

Statistika Xidmətinin məlumatına görə, ötən ay əmək qabiliyyətli kişi üçün yaşayış minimumu 254,5 lari təşkil edib. 2023-cü ilin may ayında isə bu rəqəm 253,7 lari idi.

2022-ci ilin eyni dövrü ilə müqayisədə 2023-cü ilin iyun ayında əmək qabiliyyətli kişi üçün yaşayış minimumu 80 tetri azalıb. 2022-ci ilin iyun ayında yaşayış minimumu 255,3 lari idi.

Orta istifadəçinin yaşayış minimumuna gəldikdə isə, bu ilin 6 ayında 225,4 lari müəyyən edilib. 2023-cü ilin may ayında – 224,7 lari, 2022-ci ilin iyununda isə 226,1 lari.

Məlumat üçün bildirək ki, yaşayış minimumu minimum ərzaq səbəti əsasında müəyyən edilir. Minimum ərzaq səbəti – əmək qabiliyyətli kişinin normal həyatı və əmək qabiliyyəti üçün fizioloji cəhətdən zəruri olan qidanın miqdarını, onun tərkib elementlərini (zülallar, yağlar və karbohidratlar) və minimum miqdarda qida məhsullarının müəyyən edilmiş normativ səbətidir.

Kateqoriya: İqtisadiyyat
Sonrakı yazı
Ukraynada rus generalı məhv edildi
Öncəki yazı
“yeraltı dünyası kriminal aləmi” ilə əlaqədə olan 13 nəfər həbs edilib