Another advertisement
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə taxıl müqaviləsinin müddəti bitənə qədər danışıqlar aparmaq niyyətindədir.
QafqazTürk.com xəbər verir ki, bu barədə cümə axşamı hakim Ədalət və İnkişaf Partiyasının nümayəndəsi Ömər Çelik “Habertürk” telekanalının efirində bildirib.
Ö.Çelik qeyd edib ki, ikitərəfli münasibətlərdə, o cümlədən Ankaranın İsveçin NATO-ya qəbulu üçün protokolun ratifikasiyası prosesini sürətləndirmək qərarı ilə bağlı böhran gözlənilmir.
“Münasibətlərdə böhran olmayacaq, bunu gözləmək lazım deyil. Hər iki lider həssas mövzularda həmişə ortaq dil tapıb”, – Ö.Çelik bildirib.
O, həmçinin V.Putinin Türkiyəyə səfərinin mümkünlüyünü də istisna etməyib.