This is a specific ad

Bayden: “Müharibə bitməmiş Ukraynanın NATO-ya üzvlüyü III Dünya müharibəsinin başlanğıcı deməkdir”

48

Another advertisement

“Müharibə bitməmiş Ukraynanın NATO-ya üzv olması III Dünya müharibəsinin başlanğıcı deməkdir”.

QafqazTürk “Report”-a istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Cozef Bayden Helsinkidə finlandiyalı həmkarı Sauli Niinistö ilə birgə mətbuat konfransında bildirib.

“Müharibə davam edərkən heç kim NATO-ya daxil ola bilməz”, – Bayden deyib.

Bundan əvvəl ABŞ-ın müdafiə naziri Lloyd Ostin də bildirib ki, Ukrayna müharibə başa çatdıqdan sonra Şimali Atlantika Alyansının bir hissəsi ola bilər. O, həmçinin əlavə edib ki, Kiyev alyansın tələblərini yerinə yetirmək üçün bir sıra islahatlar aparmalı olacaq.

Sonrakı yazı
ABŞ Ukraynaya kasetli sursatlar verib – ƏTRAFLI
Öncəki yazı
Gürcüstan Azərbaycanlıları Konqresi və “QafqazTürk Media” kollektivi “Maarif” məktəbini ziyarət etdilər