This is a specific ad

Böyük yeddilik Ukraynaya təhlükəsizlik zəmanətləri verdi

45

Another advertisement

Böyük yeddilik (G7) ölkələrinin liderləri bu gün Vilnüsdəki görüşdən sonra Ukraynaya gələcək dəstək, o cümlədən Kiyev üçün uzunmüddətli təhlükəsizlik təminatları haqqında bəyanat qəbul ediblər.

QafqazTürk.com xəbər verir ki, bu barədə G7-yə sədrlik edən Yaponiyanın baş naziri Fumio Kişida bildirib.

Biz Ukraynaya birgə dəstək bəyannaməsini elan edirik”, – o, jurnalistlərə deyib.

Ukrayna üçün təhlükəsizlik zəmanətləri haqqında bəyannamə aşağıdakıları nəzərdə tutur:

– Rusiyanın aktivləri Ukraynaya təzminat ödəyənə qədər dondurulacaq;

– Təzminatın ödənilməsi mexanizmi hazırlanacaq;

– G7 Rusiyaya sanksiya təzyiqlərini davam etdirəcək;

– G7 uzun mənzilli artilleriya və döyüş təyyarələrinə üstünlük verərək, Ukraynaya silah tədarükünü artıracaq;

– Yeddilik Ukraynanın hərbi sənaye bazasının gələcək inkişafına dəstək verəcək, Ukrayna hərbi personalına təlim keçəcək;

– G7 Kiyevə daha əhatəli təminatlarla bağlı danışıqlara başlayacaq;

– G7 Ukrayna ilə təhlükəsizlik sazişlərinin genişləndirilmiş paketi üzərində işləyəcək;

Qeyd edək ki, Ukrayna təhlükəsizlik təminatları çərçivəsində dövlət idarəçiliyində islahatlar aparmağı öhdəsinə götürüb

Kateqoriya: Dünya
Sonrakı yazı
Qazaxıstan vətəndaşını qətlə yetirməkdə təqsirli bilinən Gürcüstan vətəndaşı Polşada yaxalanıb
Öncəki yazı
Gürcüstanda zəlzələ baş verib