This is a specific ad

Ukrayna-NATO Şurası yaradıldı

12

Another advertisement

NATO-nun Baş katibi Yens Stoltenberq Ukrayna-NATO Şurasının yaradıldığını elan edib.

QafqazTürk.com xəbər verir ki, şuranın ilk iclası alyansın Vilnüsdəki sammitində Ukrayna Prezidenti Volodimir Zelenskinin iştirakı ilə baş tutub.

“Ukrayna-NATO Şurasının ilk iclasına hamınız xoş gəlmisiniz. Bu, tarixi bir məqamdır, Ukrayna və NATO ölkələrinin nümayəndələri Avro-Atlantik təhlükəsizliyi müzakirə etmək üçün yanaşı oturublar”, – deyə Stoltenberq qısa açılış nitqində deyib.

O, həmçinin, Zelenskiyə Ukraynaya torpaqlarını azad etmək və gələcəkdə Rusiya təcavüzünün qarşısını almaq üçün hərbi dəstəyi genişləndirəcəklərini vəd edib. Bundan sonra şuranın toplantısı mətbuata qapalı keçirilib.

Kateqoriya: Maraqlı
Sonrakı yazı
ბათუმში 13 წლის შვილის გაუპატიურების ბრალდებით მამა დააკავეს
Öncəki yazı
NATO-nun tarixi sammiti – Türkiyənin Avropada həyata keçən tələbləri