This is a specific ad

NATO sammitinin ilk gününün yekunları – Dünya mətbuatı nə yazır?

17

Another advertisement

Dünən NATO liderlərinin Litvanın paytaxtı Vilnüsdə keçirilən sammitinin ilk günü başa çatıb.

QafqazTürk.com xəbər verir ki, dünya mətbuatının səhifələrində sammitin ilk gününün yekunlarına dair maraqlı rəylər yer alıb.

Məsələn, “Wall Street Journal” nəşri yazıb ki, NATO ölkələri Vilnüsdə keçirilən sammitin ilk gününün nəticələrinə əsasən, Ukraynanı alyansa yaxınlaşdırmağa razılaşsalar da, hələ daxil olmaq üçün aydın yol təklif etməyiblər. Bu qərar Kiyevi məyus edir.

“New York Times”da dərc olunan materialda isə qeyd olunub ki, Ukrayna ilə bağlı ifadə sammitdən əvvəl Kiyevin alyansa üzv olmağa hazır olmadığını bildirən prezident Baydenin qələbəsi deməkdir. NATO liderləri arasında Ukrayna məsələsi ilə bağlı debat Qərb müttəfiqləri arasında fikir ayrılıqlarını göstərdi.

“Washington Post” isə diqqəti daha çox Ukrayna prezidenti Volodimir Zelenskinin mövqeyinə çəkib. “Zelenski toplantıda qəbul edilən birgə bəyanatı tənqid edərək, sammiti silkələyib”, – deyə vurğulanıb.

Qeyd edək ki, sammitdə Ukrayna məsələsindən tutmuş kibertəhlükəsizliyə qədər alyansın qarşısında duran və gündəliyə daxil olan bir sıra taleyüklü mövzular diqqət mərkəzindədir.

NATO ölkələrinin nümayəndələri Vilnüsdə keçirilən sammit zamanı Ukraynanın alyansa daxil olması prosedurunu sadələşdirmək barədə razılığa gəlib.

Kateqoriya: Dünya
Sonrakı yazı
Ərdoğan Miçotakislə görüşdü
Öncəki yazı
G7 ölkələri Ukraynaya təhlükəsizlik zəmanəti verir