Another advertisement
Prezident Ərdoğanın NATO Dövlət və Hökumət Başçıları Zirvə toplantısında iştirak edəcəyi Vilnüsdəki görüşləri davam edir.
QafqazTürk.com xəbər verir ki, Ərdoğan Litvada keçirilən NATO Zirvəsi çərçivəsində Kanadanın baş naziri Trüdo ilə görüşüb.
Nümayəndə heyətlərinin iştirak etdiyi görüşdə Ərdoğanla birgə Xarici işlər naziri Hakan Fidan, MİT-in rəhbəri İbrahim Kalın, Prezident Administrasiyasının Kommunikasiyalar Direktoru Fahrettin Altun, Müdafiə Sənayesi İdarəsinin rəhbəri Haluk Görgün və Prezidentin baş müşaviri səfir Akif Çağatay Kılıç iştirak edib.