Marneuli Mədəniyyət Mərkəzi Niderland Səfirliyinin maliyyə dəstəyi ilə kukla tamaşası nümayiş etdirəcək
“Aisia” tamaşası 14-16 iyul tarixində, Marneuli Mədəniyyət Mərkəzində saat 15:00-da baş tutacaq.
Tamaşanın rejissoru və rəssam Tato Qeliaşvilidir. Pyes üzərində Tamta Tabatadze və Tato Qeliaşvili işləyib.
Tamaşanın marionetlərini isə Armen Hovanesyan yaradıb.
“Marneuli Bələdiyyəsinin Mədəniyyət Mərkəzi sizi Mədəniyyət Mərkəzi ilə Niderlandın Gürcüstandakı səfirliyinin birgə layihəsi çərçivəsində hazırlanmış “Aisia” kukla tamaşasına dəvət edir. Kukla tamaşamız 6-12 yaş arası uşaqlar üçün nəzərdə tutulub.Payızdan etibarən Aisia tamaşası öz səyahətini kəndlərdə davam etdirəcək. Tamaşamız 10 yerdə keçiriləcək” – Marneuli Mədəniyyət mərkəzinin rəhbəri NATO Şavişvili bildirib.
Tamaşa 6-12 yaşa qədər olan uşaqlar üçün nəzərdə tutulub.İştirak etmək sərbəstdir. Mədəniyyət Mərkəzi və Gürcüstanda Niderland səfirliyinin razılaşmasına əsasən, tamaşanın nümayişləri bələdiyyə miqyasında müxtəlif kəndlərdə keçiriləcək.