Çeçenistan hökuməti Qroznıdan Tbilisiyə birbaşa uçuşlar təyin etmək istəyir. Bu barədə Çeçenistanın nəqliyyat və kommunikasiyalar naziri Ramzan Çerxiqov “Azimut” aviaşirkətinin baş direktoru ilə görüşdə bildirib.
Azimut Hava Yolları Moskvadan Tbilisiyə birbaşa uçuşlar həyata keçirir.
QafqazTürk.com xəbər verir ki,nəqliyyat naziri görüşdə Tbilisi də daxil olmaqla bir neçə prioritet istiqamətin adını çəkib.
“Biz Çeçenistan Respublikasının başçısı, Rusiya Qəhrəmanı Ramzan Kadırovun həm ölkə daxilində, həm də xaricə sərnişin reyslərinin coğrafiyasının genişləndirilməsi ilə bağlı tapşırıqlarının icrası çərçivəsində bir sıra perspektivli layihələri müzakirə etdik.Biz sərnişinlərin hava daşımaları üçün bir neçə istiqamət müəyyən etmişik, o cümlədən Soçi, Volqoqrad, Tbilisi və Ciddə şəhərlərinə uçuşlar”, – nazir bildirib.
Onun sözlərinə görə, nəzərdə tutulan planların həyata keçirilməsi təkcə Çeçenistan sakinlərinin rahatlığına töhfə verməyəcək, həm də turizm sənayesinin inkişafına mühüm müsbət təsir göstərəcək.