This is a specific ad

Ərdoğan Mişellə görüşüb

45

Another advertisement

Avropa Şurasının rəhbəri Şarl Mişel və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO sammiti öncəsi Ankara ilə Aİ arasında münasibətlərə yeni təkan vermək imkanını müzakirə ediblər.

QafqazTürk.com xəbər verir ki, bu barədə Şarl Mişel sosial şəbəkə hesabında yazıb.

“NATO sammitində Prezident Ərdoğanla yaxşı görüş keçirdik. Biz əməkdaşlığımızı daha mənalı etmək və əlaqələrimizə yeni təkan vermək yollarını araşdırdıq”, – o bildirib.

Qeyd edək ki, Ərdoğanla Mişelin görüşü Türkiyənin Avropaya inteqrasiyası ilə bağlı dialoqu bərpa etmək məqsədi daşıyıb. Görüşdən öncə və sonra Türkiyə, İsveç və NATO arasında üçtərəfli danışıqlar olub.

Kateqoriya: Dünya
Sonrakı yazı
Ankara mərkəzli FETÖ əməliyyatı: Çoxsaylı həbs qərarı
Öncəki yazı
Gürcüstanda “Həzrəti Əli və İnsani dəyərlər” mövzusunda konfrans keçirilib – FOTO