This is a specific ad

Gürcüstanda “Həzrəti Əli və İnsani dəyərlər” mövzusunda konfrans keçirilib – FOTO

12

Another advertisement

Dünən, 10 iyul 2023-cü il tarixində Qardabaninin Muğanlı kəndində “Həzrəti Əli (ə) və insani dəyərlər” mövzusunda konfrans keçirilib.

QafqazTürk.com xəbər verir ki, konfransda yerli sakinlər, din, elm və ictimaiyyət xadimləri iştirak edib.

Vidadi Qurbanovun aparıcılığı ilə baş tutan konfrans Əhli-beyt məscidinin axundu Hacı Rahid Kərimovun Qurani-Kərimdən ayələrin tilavət etməsi ilə başlayıb.

Sonra Ümumgürcüstan Müsəlmanları İdarəsinin (ÜGMİ) şeyxi Hacı Ramin İgidov, ÜGMİ-nin Şərqi Gürcüstan üzrə müftisi Etibar Eminov, Azərbaycanın tanınmış ruhanilərindən Hacı Ramil Bədəlov, Türkiyə Diyanət İşləri Başkanlığının nümayəndəsi Mahmut Göl Hoca və başqaları mövzu ətrafında çıxış ediblər.

Konfransda çıxış edən din alimləri Hz. İmam Əlinin (ə) kəlamında və həyat tərzində kamil, nümunəvi insan modeli, qərb və şərq alimlərinə görə insani dəyərlərin meyarı, İslami qaynaqlarda insanı digər canlılardan üstün edən dəyərlər və s. mövzular haqda ətraflı danışıblar.

Sonda çıxış edən qonaqlara Gürcüstan Müsəlmanları İdarəsi tərəfindən təltifnamələr təqdim olunub.

Kateqoriya: Din
Sonrakı yazı
Ərdoğan Mişellə görüşüb
Öncəki yazı
Yayın ortasında Afrikaya qar yağıb