This is a specific ad

Onkoloji xəstəlikləri olan uşaqların müalicəsi Türkiyə, İspaniya və İsraildə dövlət hesabına mümkün olacaq

92

Another advertisement

Qafqaztürk xəbər verir ki, bu barədə Səhiyyə naziri hökumətin bugünkü iclasından sonra keçirilən mətbuat konfransında açıqlama verib.

O qeyd edib ki, maraqlanan şəxslər sözü gedən nölkələrdə yəqin ki, gələn aydan müalicə prosesinə başlaya biləcəklər.

“Ölkədə tam uşaq onkologiyası şöbəsi olana qədər dünyanın 3 ölkəsinin müxtəlif klinikaları ilə danışıqlarımız olub. Qiymət araşdırması aparılıb və nəticədə valideynlər övladını hansı klinikada müalicə etmək istədiklərini İspaniya, İsrail və Türkiyə klinikalarından seçmək imkanı əldə edəcəklər ki, bu da bizim tərəfimizdən maliyyələşdiriləcək. Təəssüf ki, hər il bu müalicəyə ehtiyacı olan 300-ə yaxın uşaq olur. Biz onların bu klinikalarda müalicəsini tam maliyyələşdirməyi öz üzərimizə götürmüşük. Bu gün büdcədə müvafiq dəyişikliklər olub və onlar da hökumət tərəfindən təsdiqlənib”, – deyə Səhiyyə naziri bildirib.

Onun sözlərinə görə, müalicənin maliyyələşdirilməsi üçün ayrılan büdcə ildə 30 milyon lariyə qədərdir.

Nazirin sözlərinə görə, Türkiyə və İspaniyada müalicə xərclərinə uşağın və onu müşayiət edən bir şəxsin yaşayış xərcləri daxildir.

“Bu üç klinikadan Türkiyə və İspaniyada (İspaniyada proton terapiyası da mümkün olacaq) təklif olunan tariflərə İsraildə deyil, uşağın və onu müşayiət edən yoldaşın xərcləri də daxildir”, – deyə Zurab Azaraşvili qeyd edib.

Kateqoriya: Gündəm
Sonrakı yazı
Ərdoğan İsveçin NATO-ya qoşulması üçün yeni şərt irəli sürüb
Öncəki yazı
ონკოლოგიური დაავადებების მქონე ბავშვების მკურნალობა სახელმწიფოს დაფინანსებით თურქეთში, ესპანეთსა და ისრაელში იქნება შესაძლებელი