Another advertisement
Suriya və Türkiyə Prezidentləri Bəşər Əsəd və Tayyib Ərdoğanölkə arasında münasibətlərinin normallaşdırılması üçün yol xəritəsi üzərində işlər başa çatdıqdan sonra rusiyalı həmkarı Vladimir Putinin iştirakı ilə görüşə bilərlər.
QafqazTürk.com xəbər verir ki, bunu Rusiya prezidentinin Suriya nizamlanması üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev bəyan edib.
Onun sözlərinə görə, Suriya-Türkiyə münasibətlərinin normallaşması prosesi hər ay inkişaf edir və bu müddətdə yol xəritəsinin aktivləşdirilməsi istiqamətində fəal və intensiv işlər aparılır.