This is a specific ad

Milli Ətraf Mühit Agentliyi əhaliyə xəbərdarlıq edir

49

Another advertisement

İyulun 12-si səhərədək Gürcüstanda qısamüddətli yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, şimşək çaxacağı, Şərqi Gürcüstanın bəzi rayonlarına dolu düşəcəyi gözlənilir.

Agentlik həmçinin əhaliyə xəbərdarlıq edir ki, iyulun 9-12-də ölkədə güclü külək əsəcək və dənizdə 3-4 bal gücündə fırtına olacaq.

“Gözlənilən leysan yağışları Gürcüstan çaylarında daşqınlara səbəb ola bilər, ölkənin dağlıq ərazilərində sürüşmələrin başlamasına və aktivləşməsinə səbəb ola bilər” , – deyə məlumatda qeyd olunub.

Magistral yolların bəzi hissələrində nəqliyyatın hərəkəti məhdudlaşdırıla bilər.

Kateqoriya: Gündəm
Sonrakı yazı
Rusiyanın “Red Wings” aviaşirkəti bu tarixdə Moskva-Kutaisi reysini həyata keçirəcək
Öncəki yazı
მარნეულში მუსიკალური საღამო გაიმართა