Another advertisement
Səsvermə bülletenlərinin 89 faizinin sayılmasından sonra hazırkı prezident Rəcəb Tayyib Ərdoğan 49,9 faiz səs qazanıb. İkinci yerdə 44,3 faiz səslə müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu gəlir. Üçüncü yerdə isə Sinan Oğan 5,3 faizlə qərarlaşıb.
Məlumatlara görə, ümumilikdə seçici fəallığı 88 faiz təşkil edir.
Prezidentliyə namizədlərdən heç biri 50% səs toplamasa, 28 mayda ikinci tur keçiriləcək.