Zuqdidi bələdiyyəsinin kəndlərindən birində hüquq-mühafizə orqanlarının əməkdaşları babanı nəvəsinə qarşı cinsi zorakılıqda ittiham edərək həbs ediblər.
QafqazTürk Media xəbər verir ki, 66 yaşlı kişi bir neçə ay müddətində 9 yaşlı qıza təcavüz edib.
O,uşağın valideynlərinin gün ərzində evdə olmamasından, nəvəsinin isə onunla qalmasından istifadə edib.
Uşaq hadisəni anasına danışıb, o, dəqiqləşdirmək üçün qəflətən evdə qalanları yoxlayıb və baba nəvəsinə qarşı yenidən zorakılıq etmək istəyəndə hadisə yerində polisə müraciət edib.
Hazırda istintaq davam edir. 9 yaşlı yeniyetmə müvafiq müayinələrdən keçirilir və onunla psixoloqlar işləyir.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Cinayət Məcəlləsinin 141-ci (ailə üzvünə qarşı əxlaqsız hərəkətlər) və 151-ci (hədə-qorxu) maddələri ilə cinayət işi başlanıb.