9 May – Böyük Qələbənin böyük rəqəmləri

10

Alman faşizmi üzərində qələbədən 78 il ötür.

Tarixin səhifələrinə bu möhtəşəm qələbə nə qədər böyük hərflərlə yazılıbsa, qələbənin təmin olunmasında da bir o qədər böyük itkilər olub. Böyük Vətən müharibəsi 1418 gün davam edib.

Müharibə dövründə sovetlər birliyindən 27 milyona yaxın insan həlak olub.Hərbi əməliyyatlar nəticəsində 15 milyona yaxın hərbçi və dinc əhali yaralanıb.

Müharibə illərində SSRİ-nin 1710 şəhər və qəsəbəsi, 70 min kəndi, 32 minə yaxın fabrik və zavod, 65 min kilometr dəmiruolu xətti dağıdılıb.

Müharibə zamanı almanlar tərəfindən Ukraynanın 334 yaşayış məntəqəsi sakinləri ilə birlikdə yandırılıb.

Ümumilikdə, Sovet İttifaqına 128 milyard ziyan dəyib və o öz maddi sərvətlərinin üçdə bir hissəsini itirib.

Müharibənin ən dəhşətli və ağır dövrlərindən 880 günü Leninqradda yaşanıb. Belə ki, Leninqrad 880 gün düşmən mühasirəsində qalıb. Bu ərəfədə 800 mindən artıq insan aclıqdan və soyuqdan həlak olub.

Böyük Vətən müharibəsində 800 mindən artıq qadın iştirak edib.

Müharibə illərində kütləvi informasiya vasitələrinin nümayəndələri cəbhələrdə böyük fəallıq göstərərək peşə borclarını ləyaqətlə yerinə yetiriblər. Müharibə zamanı 1500 nəfər müxbir döyüş bölgələrində həlak olub.

0
0
Kateqoriya: Dünya
Sonrakı yazı
BÜRCLƏR – 09.05.2023
Öncəki yazı
Yüklərin əl ilə daşınması qaydalarına dəyişiklik edilir