This is a specific ad

9 aprelədək gözlənilən hava şəraiti – PROQNOZ

33

Another advertisement

Aprelin 6-da Qərbi Gürcüstanın bəzi ərazilərində yağış yağacağı, aprelin 7-8-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.

QafqazTürk.com xəbər verir ki, bu barədə Milli Ekologiya Agentliyi məlumat yayıb.

Məlumata əsasən, Şərqi Gürcüstanda nisbətən sərin və arabir yağışlı hava gözlənilir.

“Paytaxt Tbilisidə sərin və yağışlı hava gözlənilir. Aprelin 6-da şimal-qərb küləyi əsəcək. Hava temperaturu gündüz +14, +16 dərəcə təşkil edəcək.

Sahil rayonlarında (Batumi, Kobuleti, Anaklia, Poti): aprelin 6-sı səhər saatlarından başlayaraq havanın buludlu olacağı, aprelin 9-dək hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Hava temperaturu gündüz +18, +20 dərəcə təşkil edəcək.

Qərbi Gürcüstanın aran rayonlarında (Kutaisi, Zestafoni, Zuqdidi, Martvili, Ozurqeti): aprelin 6-da səhər buludlu olacağı, aprelin 9-dək əsasən yağmursuz hava şəraiti gözlənilir. Hava temperaturu gündüz +20, +22 dərəcə təşkil edəcək.

Qərbi Gürcüstanın dağlıq rayonlarında (Ambrolauri, Oni, Çaqeri, Şovi, Çiatura, Saçxere, Xulo): aprelin 6-da bəzi yerlərdə yağış yağacağı, aprelin 7-8-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Hava temperaturu gündüz +18, +20 dərəcə təşkil edəcək.

Qərbi Gürcüstanın dağlıq rayonlarında (Mestia, Baxmaro): aprelin 6-da bəzi yerlərdə yağış yağacağı, aprelin 7-8-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Hava temperaturu gündüz +14, +16 dərəcə təşkil edəcək.

Kartlidə (Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Çxinvali): yağış yağacağı gözlənilir. Hava temperaturu gündüz +15, +17 dərəcə təşkil edəcək.

Kaxetidə (Saqareco, Telavi, Qurcaani, Siğnaği, Laqodexi, Kvareli, Axmeta, Dedopliscğaro): günaşırı yağış yağacağı gözlənilir. Hava temperaturu gündüz +14, +16 dərəcə təşkil edəcək.

Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axalçixe, Borjomi, Duşeti, Tianeti, Pasanauri, Dedopliscğaro): arabir yağış yağacağı gözlənilir. Hava temperaturu gündüz +14, +16 dərəcə təşkil edəcək.

Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axalkalaki, Zalqa, Bakuriani, Qudauri, Omalo): gecə bəzi yerlərdə qar yağacaq. Hava temperaturu gündüz +8, +10 dərəcə təşkil edəcək”, -deyə məlumatda bildirilib.

Kateqoriya: Maraqlı
Sonrakı yazı
Azərbaycan-Şimali Kipr Türk Cümhuriyyəti parlamentlərarası əlaqələr üzrə işçi qrupu yaradılıb
Öncəki yazı
TƏBRİK! – Bu gün əməkdaşımız Gülgün Məmmədxanlının ad günüdür