This is a specific ad

9-10 oktyabrda gözlənilən hava şəraiti – PROQNOZ

50

Another advertisement

Oktyabrın 9-da gün ərzində, oktyabrın 10-u gecə saatlarınadək Qərbi Gürcüstanın bəzi ərazilərində intensiv yağış olacağı, yüksək dağlıq ərazilərdə qar yağacağı gözlənilir.

QafqazTürk.com xəbər verir ki, bu barədə Milli Ekologiya Agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, oktyabrın 9-dan 10-u gününün ikinci yarısınadək Gürcüstanın bütün ərazisində güclü qərb küləyinin əsəcəyi gözlənilir. Dənizdə 4-5 ballıq fırtına dalğası ehtimalı var.

“Gözlənilən intensiv yağışlar Qərbi Gürcüstan çaylarında suyun səviyyəsinin əhəmiyyətli dərəcədə artmasına, dağlıq və təpəlik ərazilərdə sürüşmə-daşqın proseslərinin başlanmasına və aktivləşməsinə səbəb ola bilər”, – deyə məlumatda bildirilib.

Kateqoriya: Maraqlı
Sonrakı yazı
İrakli Ğaribaşvili ilə İlham Əliyev arasında təkbətək görüş başlayıb – FOTO
Öncəki yazı
ირაკლი ღარიბაშვილი კორპორაცია „ინდორამას“ დამფუძნებელსა და თავმჯდომარეს, შრი პრაკაშ ლოჰიას.