Another advertisement
Dünyanın ən iri dirijablı olan “Gindenburq” 6 may 1937-ci il tarixində Atlantik okeanı keçərək ABŞ Hərbi Dəniz Qüvvələrinin bazasında yerə enməyə hazırlaşmışdır. Lakin tufan üzündən dirijablın heyəti enməyə icazə ala bilməmişdir.İcazə alandan sonra “Gindenburq” enməyə başlamış və bu zaman yanğın baş vermişdir.
Faciə nəticəsində hava gəmisində olan 97 nəfərin 37 nəfəri ölmüşdür. Qəzanın dəqiq səbəbi indiyədək məlum deyildir. Bu qəza sərnişin hava gəmisi tarixinə son qoymuşdur.