This is a specific ad

86-cı mərtəbədən yıxılıb sağ qalan qadını siz də tanıyın

264

Another advertisement

2 dekabr 1979-cu ildə Elvita Adams Nyu-Yorkdakı Empire State Building-ə girərək müşahidə göyərtəsi üçün bilet alıb.

Saat 20:30 radələrində o, 86-cı mərtəbənin göyərtəsinə gəlib.

Orada o, mühafizədən yayınaraq, mühafizə çəpərini aşıb və binadan özünü atıb. Qadın bu hündürlükdən tullansa da, möcüzə nəticəsində sağ qalıb. O, dərhal müalicə üçün xəstəxanaya aparılıb.

Qadında omba sınığı aşkarlanıb və müalicədən sonra psixiatrik müayinəyə göndərilib.

Hər kəs qadının necə sağ qalması ilə maraqlanırdı – fakt budur ki, Elvita tullandıqdan sonra təsadüfən binanın mərtəbələrindən birinə, təxminən 6 metr aşağıya yıxılıb.

Yıxılandan sonra binadakı insanlar onu görüb və təcili yardım çağırıblar.

Adamsın xilas edilməsindən sonra nə baş verdiyi və bu faktdan sonra necə yaşadığı məlum deyil.

Kateqoriya: Dünya, Maraqlı
Sonrakı yazı
Azərbaycanda ilk milli istehsal olunan lazer silahı “Fireforce”un nümayişi keçirilib
Öncəki yazı
Yanğın baş verib- xəsarət alan…