This is a specific ad

8 yaşlı qıza cinsi təcavüz edən 14 yaşlı yeniyetmə 10 il azadlıqdan məhrum edilib

525

Another advertisement

8 yaşlı qıza cinsi təcavüz edən 14 yaşlı oğlan məhkəmənin qərarı ilə 10 il azadlıqdan məhrum edilib.

QafqazTürk Media xəbər verir ki, hadisə Sameqreloda olub.

Yeniyetmənin valideynləri isə azyaşlının məhkəmənin qərarına etirazlarını bildirərək qəbul edilmiş qərarı şikayət edəcəklərini qeyd edirlər.

“Əgər günahkar idisə, niyə 4 ay əvvəl zaminə buraxılıb?! Ekspertizanın nəticələri qıza olunan təcavüzü sübut etmədiyi üçün sərbəst buraxılıb. Ekspertizanın bütün cavabları bizim xeyrimizə oldu. Bundan sonra o, məhkəmə tərəfindən azadlığa buraxılıb. Bu gün isə mənim övladım günahsız 10 il həbs edildi. Biz bunu belə buraxmayacağıq və apellyasiya şikayəti verəcəyik… Oğlum özünü təqsirli bilmir. Samxarauli ekspertizasının cavabları da təsdiq edir ki, qız zorlanmayıb, ona barmaq vurulmayıb”, – deyə məhbusun anası bildirib.

Onun sözlərinə görə, zərərçəkənin anası “şəxsi tanışlığı və müstəntiqlə yaxın münasibəti” sayəsində istədiyi məhkəmə hökmünə nail olub. Oğlanın ailəsinin iddia etdiyinə görə, 8 yaşlı uşağın valideynlərinin özləri də yeniyetmənin günahsız olduğunu yaxşı bilirlər, baxmayaraq ki, onların məqsədi zərərçəkmiş statusu qazanmaq olub:

“Onlar [qızın valideynləri] xarici ölkənin vətəndaşlarıdır… Zərərçəkmiş statusu alsalar, ölkələri onlara zərərçəkmiş kimi 100 min avro ödəyəcək. Ona görə də oğlumu qurban verdilər, günahsız uşağı həbsxanaya göndərdilər”.

14 yaşlı oğlan aprelin 4-də həbs edilib. O, Gürcüstan Cinayət Məcəlləsinin cinsi təcavüzü nəzərdə tutan 137-ci maddəsi ilə ittiham olunub.

Zərərçəkmiş azyaşlının anasının sözlərinə görə, ekspertiza zorlama faktını təsdiqləyib və məhkəmə müvafiq sübutlar əsasında yeniyetməni haqlı olaraq təqsirli bilib.

Zərərçəkənin anasının sözlərinə görə, yeniyetmələr bir aya yaxın dost olublar. Onun qeyd etdiyinə görə, evdə olsa da terrasda baş verənləri eşitməyib.

14 yaşlı gəncə qarşı irəli sürülən ittiham xüsusilə ağır cinayətdir və 15 ildən 20 ilədək və ya ömürlük həbs cəzasını nəzərdə tutur. Lakin azyaşlı olduğuna görə Ədliyyə Məcəlləsinə əsasən, onun həbs müddəti 1/3 azaldılıb.

P. S. Uşaqlara qarşı zorakılıq, sağlamlıq, təhsil, sosial və uşaqların digər məsələləri ilə bağlı 111 qaynar xəttinə müraciət edin.

Kateqoriya: Cəmiyyət, Cinayət, Region
Sonrakı yazı
ATƏT/DTİB Gürcüstanda parlament seçkiləri ərəfəsində seçkiqabağı mühitlə bağlı aralıq hesabatını dərc edir
Öncəki yazı
Araik Arutyunyan, Arkadi Qukasyan, Bako Saakyan və digərlərinin həbs müddəti uzadılıb